10 Mart 2011 Perşembe

O, dindarlara müraciət edərək onları İran kəşfiyyatının təsirinə düşməməyə çağırıb.

Trend-in məlumatına görə, bunu Kanadada yaşayan cənubi azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun fikrincə, 1991-ci ildən İranın xüsusi xidmət orqanları Azərbaycanda təxribata başlayıb: “İran o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. İran çalışırdı ki, Azərbaycanda İsrail, ABŞ və digər bizimlə müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvə hazırlasın”.

Mərkəz rəhbərinin sözlərinə görə, İran tərəfi evindən silah-sursat tapılmış, Azərbaycanın dövlət quruluşunu dəyişmək çağırışları ilə çıxış edən dindarların həbsinə etiraz edir, amma eyni tələbi azərbaycanlılar İranda irəli sürsə, onları edam edər: “Molla rejimi bilsin ki, Azərbaycana təzyiqlərlə burada xomeyniçiliyi hakimiyyətə gətirə bilməzlər. Azərbaycana qarşı təzyiqlər əks effekt verəcək və cənubi azərbaycanlıların etirazına səbəb olacaq”.

Xalidi İranın Azərbaycanda yaratdığı süni hicab probleminə bəzi politoloq və ziyalıların dəstək verməsini pisləyib və bildirib ki, onlar bununla İran kəşfiyyatını dəstəkləyirlər. O, dindarlara müraciət edərək onları İran kəşfiyyatının təsirinə düşməməyə çağırıb.

Xalidi qeyd edib ki, dindarlar İsrailə səfirliyinin qarşısında etiraz aksiyası keçirməkdənsə, Azərbaycan torpaqlarını işğal edən Ermənistana dəstək verən İrana qarşı öz etiraz səslərini ucaltmalı və İran səfirliyi qarşısında etiraz aksiyası keçirməlidirlər.

Milli.Az

Hiç yorum yok:

Yorum Gönder